Qəbələnin Nohurqışlaq kəndinə 25 ildən sonra təbii qaz verilib
25 illik fasilədən sonra Qəbələ rayonunun Nohurqışlaq kəndinə təbii qaz verilib. APA TV xəbər verir ki, bu münasibətlə kənddə keçirilən mərasimdə Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyəti başçısının müavini Abil Ağasəfov, “Azəriqaz” İstehsalat Birliyinin məsul işçisi Tahir Kazımov iştirak edib.
Kəndin qazlaşdırılması üçün 54 kilometr uzunluğunda daşıyıcı və paylayıcı qaz xətti çəkilib. Ümumilikdə 480 mənzildə fərdi tənzimləyici və sayğac quraşdırılıb.
Qeyd edək ki, bu günədək Qəbələ şəhərində və 25 kənddə 10 min 400 mənzil qazlaşdırılıb, bununla da rayon əhalisinin 50 faizi təbii qazla təmin olunub.
OXŞAR XƏBƏRLƏR
18:39
789
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
740
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
728
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1014
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1041
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1282