Mina partladı, üç hərbçimiz yaralandı - MÜHARİBƏ
Tovuz rayonu ərazisində qoşunların təmas xəttində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu xəsarət alıb. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, ilkin ehtimala əsasən partlayışa müharibə dövründən qalan partlayıcı səbəb olub.
Hərbi qulluqçulara ilkin tibbi yardım göstərildikdən sonra onlar yerli hərbi tibb müəssisəsinə çatdırılıblar. Xəsarət alanlar hazırda ixtisaslı həkim nəzarəti altındadır və həyati təhlükə yoxdur.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1883
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1772
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1840
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1357
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1505
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2219