Cəlilabadda sel körpünü dağıtdı, iki sahil arasında əlaqə kəsildi
İntensiv yağışlar Cəlilabadda da fəsadlar törədib. APA TV-nin cənub bürosunun məlumatına görə, ən çox ziyan rayonun Albalan kəndində müşahidə olunub. Belə ki, sel suları kənddə iki körpünü yuyaraq aparıb. Nəticədə yaşayış məntəqəsinin bir tərəfinin digər tərəflə əlaqəsi kəsilib.
Sel suları kənddə həmçinin şəxsi və ictimai təsərrüfatlara, əkin sahələrinə də ciddi ziyan vurub. Albalan kəndini elektrik enerjisi ilə təmin edən transformator sel sularının təsirinə məruz qaldığından yerli sakinlər işıqsız qalıb.
Mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları və yerli icra strukturlarının nümayəndələri kəndə gələrək, hadisə yerinə baxış keçiriblər. Evləri suyun altında qalmış sakinlər müvəqqəti olaraq qohumlarının yanına köçürülüb.
Məlumata görə, rayonun Ağdaş kəndində də bəzi ərazilər sel sularına qərq olunub.
Hazırda cənub bölgəsinin digər rayonlarında olduğu kimi Cəlilabadda da yağıntılı hava şəraiti davam etməkdədir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi