2 kiloqram civəni 10 min dollara satarkən tutuldu
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
APA TV-nin xəbərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Ağsu rayon sakini Abbas İbrahimovun Bakı şəhərində 2 kiloqram civəni 10 000 ABŞ dollarına satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlərlə həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və ondan qeyd edilən miqdarda civə aşkar edilərək götürülüb.
Saxlanılan Abbas İbrahimov civəni Ağsu rayonunda çayın kənarından tapdığını bildirib: "10 000 dollara satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutuldum".
Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi