Ağdaşda intihar: sahibkar özünü atasının qəbri üstündə güllələdi - BORCA GÖRƏ
Ağdaş rayonunda intihar hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Güvəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1965-ci il təvəllüdü İsmayılov Mirələm Davud oğlu kənd qəbiristanlığına gedərək əvvəlcə atasının məzarını ziyarət edib, sonra isə məzar başında ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.
İki uşaq atası Mirələm İsmayılovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil. İlkin ehtimala görə, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mirələm İsmayılov ayrı-ayrı adamlara pul borcu olduğuna görə özünə qəsd edib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1883
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1772
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1840
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1357
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1505
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2219