Bakıda yüzlərlə insanın qızıllarını mənimsəyən qadın ölkədən qaçıb - AXTARIŞ
Azərbaycanda yüzlərlə vətəndaşı aldadan lombard sahibi beynəlxalq axtarışa verilib.
52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi-192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub. Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüb. Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun hazırda Türkiyədə gizləndiyi bildirilir.
Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayət daxil olub. Hazırda polis onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi