Ukraynada Berluskoniyə cinayət işi açıldı
Ukraynada İtaliyanın sabiq baş naziri Silvio Berluskoni barəsində cinayət işi başlanılıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ali Radanın deputatı Georgi Loqvinski bildirib.
Onun sözlərinə görə, Berluskoni sentyabrda Krıma səfər edərkən Ukrayna ərazisinə giriş qaydalarını pozub. Bundan başqa, Berluskoni “əmlakın mənimsənilməsi” maddəsi üzrə də ittiham edilib.
Loqvinskiy jurnalistlərə Berluskoniyə qarşı cinayət icraatının başlanmasını təsdiqləyən Baş Prokurorluq və Ukrayna Təhlükəsizlik Xidmətinin müvafiq sənədlərini təqdim edib.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Berluskoninin ölkəyə girişinə 3 illik qadağa qoyub.
Xatırladaq ki, Silvio Berluskoni sentyabrda Krıma səfər edərək, orada Vladimir Putinlə görüşüb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi