Başqırdıstanda 7 erməni güllələndi
Rusiyanın Başqırdıstan vilayətinin Salavat şəhərində maskalı şəxslər 7 ermənini güllələyiblər, onlardan biri xəstəxanada ölüb.
APA-nın "Lifenews”a istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 29-da şəhərdəki avtoservisdə baş verib. Hücumun qurbanları yerli erməni biznesmen və onun dostları olub. Onların biri ölüb, digərləri ağır vəziyyətdədir. Ölən şəxs avtoservisin sahibi A.Sarkisyandır.
Saytın yazdığına görə, atışmadan əvvəl xəsarət alan şəxslərlə naməlum şəxslər arasında yolda mübahisə yaranıb. Mübahisə iştirakçılarından biri travmatik silahdan havaya bir neçə dəfə atəş açıb. Daha sonra münaqişə avtoservisdə davam edib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
20:01
1923
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1801
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1867
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1358
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1506
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
21:36
2220