“AJF & Associates İnc.” şirkətinin direktoru: “Azərbaycanın çox yaxşı seçki təcrübəsi var”
“Azərbaycanda insanlar seçkilərə böyük maraq göstərir və seçicilərə seçkilərdə iştirak etmək, səs vermək üçün hər cür şərait yaradılır”.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın “AJF & Associates İnc.” Şirkətinin əməliyyatlar üzrə direktoru Co Annae Barnhart bildirib.
O deyib ki, iki il əvvəl - prezident seçkiləri dövründə də Azərbaycanda olub: "Azərbaycanda insanlara səs vermək üçün hər cür şərait yaradılır, insanlara böyük diqqət göstərilir və bir amerikalı kimi bunu görmək mənim üçün çox xoşdur. Çünki azad və açıq seçkilər demokratiyanın əsasını təşkil edir. Bizim Azərbaycanda “exit poll” təcrübəmizdən deyə bilərəm ki, “exit poll”un nəticələri ilə Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr çox uyğunluq təşkil edib. Hesab edirəm ki, Azərbaycanda seçkilər azad və müstəqil keçirilir. Azərbaycanın çox yaxşı seçki təcrübəsi var".
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi