SOCAR DESFA-nı dövlət vəsaitləri hesabına alacaq
2013-cü ilin avqust ayına qədər Dövlət Neft Şirkəti 2,9 milyard dollara qədər xarici investisiya yatırımı həyata keçirib. Bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib. Onun sözlərinə görə, bu yatırımlar, Türkiyə, Gürcüstan, Ukrayna və İsveçrədə reallaşdırılıb.
Vitse-prezident SOCAR-ın hazırda həyata keçirdiyi ən böyük layihənin Türkiyədə reallaşan STAR və TANAP layihələri olduğunu deyib. Onun sözlərinə görə, STAR layihəsində Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 40, SOCAR 41.5, TURKAZ şirkəti isə 18.5 faiz paya malikdir.
Süleyman Qasımov 2013-ü ilin yanvar-fevral aylarında Dövlət Neft şirkətinin 1 milyard dollar həcmində 10 illik qiymətli kağızlarının Avropa bazarlarında uğurla yerləşdirildiyini xatırladıb. və bundan əldə olunan gəlirin bir hissəsinin xaricdə olan investisiyaların maliyyələşdirilməsinə sərf olunduğunu deyib. O, TANAP layihəsindən də danışıb.
Vitse-prezidentin sözlərinə görə, şirkət tərəfindən Yunanıstanın qaz nəqli sisteminin operatoru olan DESFA-nın səhmlərinin alınması dövlət vəsaiti hesabına həyata keçiriləcək. Onun sözlərinə görə, Yunanıstan şirkətinin aktivlərinin 400 mln. avro müqabilində alınması ARDNŞ-ın nizamnamə kapitalının artırılması hesabına təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib