“ELS” “exit-poll”un təşkili üçün ayrılan vəsaiti açıqladı
Bu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “exit-poll” keçirəcək “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova mətbuat konfransı keçirib.
APA TV-nin xəbərinə görə, Mərkəzin sədri Milli Məclisə seçkilərlə əlaqədar noyabrın 1-də 118 seçki dairəsi üzrə 1180 seçki məntəqəsində “exit-poll” keçirəcəklərini açıqlayıb. Bildirib ki, “exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla Azərbaycanın bütün rayonlarını əhatə edəcək.
Onun sözlərinə görə, hazırda “exit-poll” keçirəcək kadrların təlimləri başa çatıb və bu gündən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq. Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll”un keçirilməsinə 2600-ə qədər kadr cəlb olunacaq. Kadrlar könüllülük prinsipləri ilə fəaliyyət göstərir. İradə Yaqubova seçki günü keçiriləcək “exit-poll”la bağlı prosedurlar barədə məlumat verib. “Exit-poll”un nəticələri saat 20:00-a qədər açıqlanacaq.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə “Trend” İnformasiya agentliyi arasında müqavilə imzalanıb və “exit-poll”un təşkili üçün 33 min manat ayrılıb.
OXŞAR XƏBƏRLƏR
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi