Moskva: İŞİD "ərəb baharı"nın məhsuludur
Federal Təhlükəsizlik Xidməti İŞİD-i "ərəb baharı"ndan törəyən bəşəri təhlükə adlandırıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, qurumun rəhbəri Aleksandr Boratnikov bu təhlükənin qərb dövlətlərinin son illər yürütdüyü siyasətin nəticəsi olduğunu deyib.
"Həmin dövlətlər Yaxın Şərq və Afrika ölkələrində vəziyyəti nəzarətlərində saxlamaq üçün bu təhlükəli addımı atıblar", - deyə o əlavə edib.
Boratnikov bu sözləri MDB ölkələrinin təhlükəsizlik xidməti orqanlarının rəhbərlərinin 39-cu iclasında deyib.
"İŞİD bəzi qərb supergüclərinin ikili siyasətinin məhsuludur və hazırda bütün dünya bundan narahatdır. Həmin dövlətlər Asiya və Afrika ölkələrinə məhz İŞİD vasitəsilə taran edirlər" - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
13:18
139
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
1987
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1859
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1916
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1364
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1512