Rusiya dünya ölkələrini İŞİD-ə qarşı koalisiya yaratmağa çağırdı
Rusiya Müdafiə Nazirliyi xarici ölkələri İŞİD-lə mübarizə üçün geniş koalisiya yaratmağa çağırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.
“Suriyadakı hazırkı vəziyyət Rusiya prezidenti Vladimir Putinin İŞİD-lə mübarizədə geniş beynəlxalq koalisiyanın təxirə salınmadan yaradılmasına dair təklifinin aktuallığını bir daha təsdiqləyir”, - deyə Antonov xarici ölkələrin hərbi attaşeləri ilə görüşündə bildirib.
O qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi rus aviasiyasının hədəflərinin müəyyənləşdirilməsində başqa ölkələrin əməkdaşlığa dair təkliflərini gözləyir. “Biz əvvəlki kimi İŞİD bazalarını məhv etmək üçün zərbələrin endiriləcəyi konkret hədəflərin, yaxud vurulması gərək olmayan obyektlərin koordinatların müəyyənləşdirilməsində əməkdaşlıq təkliflərini gözləyirik”, - deyə nazir müavini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı