İstanbulda anti-İŞİD əməliyyatı: 21 nəfər saxlanıldı
Ötən gün İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. APA TV-nin məlumatına görə, İstanbulun 3 fərqli bölgəsində keçirilən əməliyyatlar zamanı 21 nəfər saxlanılıb.
Helikopterlərin havadan dəstək verdiyi əməliyyata xüsusi təyinatlı polis qüvvələri cəlb olunub. İstanbulda 3 məscidi də əhatə edən əməliyyatda terror təşkilatına aid çoxlu sayda kitab və video disklər ələ keçirilib.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı saxlanılan 21 nəfərdən 7-si uşaqdır. Həmin uşaqlar polisin uşaqlarla iş şöbəsinə təslim edilib. Digər 14 nəfər isə istintaqa cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
13:18
141
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
1987
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1860
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1916
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1364
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1512