Eldar Mahmudovun vəzifəli qohumu barədə həbs qətimkan tədbiri seçildi
Bir müddət əvvəl vəzifəsindən azad olunan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov həbs olunub.
APA-nın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Beytulla Hüseynovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Beytulla Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır.
Qeyd edək ki, Beytulla Hüseynov rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən kənarlaşdırılıb. Onun tutduğu vəzifə müvəqqəti olaraq texniki direktor Rəsul Qurbanova həvalə olunub.
Onu da əlavə edək ki, Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.
OXŞAR XƏBƏRLƏR
13:18
181
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2007
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1873
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1918
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1368
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1516