Səudiyyə şahzadəsi hava limanında 2 ton narkotiklə tutuldu
Səudiyyə şahzadəsi Livanda 2 ton narkotik vasitə ilə tutulub. APA TV-nin türk mətbuatına istinadən məlumatına görə, paytaxt Beyrutdakı Refik Hariri Beynəlxalq Hava Limanında şahzadəyə aid özəl bir qırıcı təyyarədə 2 ton narkotik maddə aşkarlanıb.
Livan polisi şahzadə Abdül Muhsin Bin Velid Bin Abdülaziz ilə birgə dörd Ərəbistan vətəndaşını həbs edib. Livanın xəbər agentliyi NNA təhlükəsizlik qüvvələrinə istinadən xəbər verir ki, polis bir Körfəz ölkəsindən gələn təyyarədə əməliyyat keçirib.
Səudiyyə Ərəbistanına uçması planlaşdırılan təyyarədə aparılan araşdırma zamanı 40 bağlamada qablaşdırılmış narkotik vasitə olan 2 ton "amfetamin" tapılıb. Bu qədər narkotik maddə sözü gedən hava limanında ilk dəfədir aşkarlanır.
OXŞAR XƏBƏRLƏR
13:18
182
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2008
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1874
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1918
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1368
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1516