Bakıda atası sürməyə maşın verməyən 25 yaşlı gənc özünü bıçaqladı
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 25 yaşlı Rəvan Nuşirəvan oğlu Süleymanov Asif Məhərrəmov küçəsi-30 ünvanından bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Müayinə zamanı həkimlər onda bir bıçaq xəsarəti aşkar ediblər. 1 saylı Şəhər Klinik Xəstəxanasının həkimi İbrahim Nemətov bildirib ki, yaralı evdə yıxıldığını və cibindəki bıçağın qarnına batdığını bildirib.
Hadisə barədə ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə məlumat verilib. İlkin araşdırma zamanı məlum olub ki, hadisədən əvvəl Rəvanın atası ilə mübahisəsi düşüb. Belə ki, o, atasından sürmək üçün maşınını istəyib, amma rədd cavabı alıb. İlkin ehtimala görə, bu mübahisədən sonrada Rəvan Süleymanov bıçaqla özünə xəsarət yetirib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı