Xaçmazda sərxoşlar qəzaya düşdü: 3 yaralı
Bu gecə Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, Gəndob-Yalama yolunun 26-cı kilometrliyində 27 BJ 936 dövlət nömrə-nişanlı, “VAZ-21012” markalı avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə olan 27 BB 655 dövlət nömrə-nişanlı, “QAZ-52” markalı yük avtomobilinə çırpılıb.
Qəzadan sonra minik maşınında olan Xaçmaz rayon Mürşüdoba kənd sakinləri - 25 yaşlı İlham Hüseynov, 45 yaşlı Rövşən Əşrəfov və Sabiroba kənd sakini, 39 yaşlı Bəxtiyar Balaməmmədov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrin hər 3-ü sərxoş olub, vəziyyətləri isə stabildir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:18
236
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2053
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1909
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1921
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1368
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
18:02
1516