Əsəd qüvvələri bir neçə şəhəri azad etdi: terrorçuların lideri öldürüldü
Suriyada hökumət qüvvələri Balas şəhərinə doğru hərəkət edir və hazırda bu yaşayış məntəqəsinə güclü hücuma hazırlaşır.
APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, Ceyda şəhərinin üsyançılardan tamamilə təmizləndiyi barədə məlumatlar yayılıb.
Ölkənin dağlıq ərazilərində hökumət və milli müdafiə qoşunları radikalların zəif nöqtələrini aşkarlamaq məqsədilə kəşfiyyat əməliyyatları həyata keçirir. Homs şəhərinin şimal cəbhəsində də uğurlar əldə edilib. Maxata dəmiryol stansiyası terrorçulardan azad edilib.
Suriya hərbçiləri Sem-Əli ətrafındakı Sneysel qəsəbəsinə də nəzarəti ələ keçirməyə müvəffəq olub. Eyni zamanda hökumət gücləri Tayr-Maala və Dar-əlb-Kəbir əyalətlərini mühasirədə saxlayır. Bu arada "ən-Nüsra Cəhbəsi" qruplaşmasının liderlərindən olan Süleyman əl-Məsri zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı