Dəhşətli qəza: 5 ölü 6 yaralı
Bakı-Quba yolunda dəhşətli yol qəzası baş verib. 5 nəfərin ölümü ilə nəticələnən hadisə Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 22 yaşlı Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı, 25 yaşlı Babək Bağırovun idarə etdiyi “Hyundai” markalı və Yusif Məmmədovun idarə etdiyi “Azsamand” markalı maşınlar toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Qismət Kərimov, Rəşad Cəlilov və şəxsiyyəti hələ müəyyənləşməmiş 3 nəfər aldıqları xəsarətdən hadisə yerində ölüb.
Avtomobillərin sürücüləri və maşınlarda olan sərnişinlərdən Ramin Məmmədov, Ceyhun Əzizov və İllarian Katliarov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
APA TV-nin məlumatına görə, ümumiyyətlə, sentyabrın 16-da ölkə ərazisində baş verən qol-nəqliyyat hadisələrində 15 nəfər ölüb, 33 nəfər isə yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib