Metrodan şad xəbər
Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Metropolitenində qatarların sayı tədricən artırılacaq. Metropolitenin inşaat üzrə rəis müavini Rizvan Bayramov deyir ki, qatarları eyni vaxtda xəttə buraxmaq düzgün deyil. Yeni qrafikə əsasən, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqə, qalan vaxtlarda 2,5-3 dəqiqədir. Buna uyğun olaraq, "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətində hərəkət edən qatarlarda müddət iki dəfə artıq olur.
APA TV-nin məlumatına görə, Rizvan Bayramov əlavə etdi ki, metro gün ərzində qaynar rejimdə işləyir. Yay qrafikinə əsasən, gün ərzində 1 saatda 24 qatar cütü işləyirdisə, hazırda bu rəqəm artırılaraq 30 çatdırılıb.
Metropolitenin rəis müavini deyir ki, düzdür, bu 30 cüt hazırkı imkanları ödəmir. Çünki metroda iki xətt - Yaşıl və Qırmızı xətt iki səviyyədə kəsişir. Lakin gələcəkdə xətt ayrıldıqdan sonra metroda Dərnəgül-Xətai qatarı olacaq. Eyni zamanda intervalların azaldılmasıda bundan sonra baş tutacaq.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib