ABŞ PKK-ya 50 ton silah-sursat verdi
ABŞ təyyarəsinin Suriya müxalifəti üçün nəzərdə tutduğu 50 tonluq silah-sursat PKK-nın Suriya qanadı olan YPG-nin əlinə keçib.
APA TV-nin türk mətbuatına istinadən xəbərinə görə, PKK terrorçuları bu silahlardan Hasekedə istifadə edəcəklər.
Məlumatı "Washington Post" da təsdiq edib. Bildirilir ki, ABŞ təyyarəsindən 50 tonluq cəbbəxana Suriyanın Ayn İssa qəsəbəsi ərazisində atılıb. İŞİD-in əlində olan Rəqqa şəhərinin 48 kilometrliyində yerləşən bu qəsəbə "Azad Suriya Ordusu" və YPG terrorçuları arasında ön cəbhədir. Əhalinin tərk etdiyi qəsəbədə müxaliflərin bayraqları dalğalansa da nəzarət YPG-nin əlindədir.
Xatırladaq ki, bundan əvvəl də ABŞ-ın Suriya müxalifəti üçün nəzərdə tutduğu silahlar bir neçə dəfə kürd terrorçularının əlinə keçib və bu rəsmi Ankaranın etirazlarına səbəb olub.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək