Göbələkdən zəhərləndi: Qax sakini ölümdən döndü
Qaxda 61 yaşlı kişi göbələkdən zəhərlənib.
Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA TV-yə verilən məlumata görə, oktyabrın 23-ü axşam saat 22:00 radələrində rayonun Kötüklü kənd sakini, 1954-cü il təvəllüdlü İvan Nose oğlu Nadiraşvili zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 61 yaşlı İvan Nadiraşvili oktyabrın 23-ü axşam saat 16:00 radələrində yaşadığı evdə közün üzərində göbələk bişirib yeyib. Göbələk yedikdən bir qədər sonra İvan Nadiraşvilidə zəhərlənmə əlamətləri büruzə verib.
Xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən İvan Nadiraşvilinin müayinə və müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
OXŞAR XƏBƏRLƏR
15:15
221
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
272
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2079
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1913
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1924
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1371