Lənkəranda qanvermə aksiyası keçirildi
Bu gün Lənkəranda qanvermə aksiyası keçirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə şəhərin “Böyük bazar” məscidində keçirilən aksiyaya Lənkərandan və qonşu rayonlardan xeyli sayda vətəndaşlar qatılıb.
Qanvermə prosesini Mərkəzi Qan Bankının Lənkəran bölməsi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim və tibb işçiləri həyata keçirib.
Donorlardan toplanan qan müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində istifadə olunacaq.
QMİ-nin Qazilər Şurasının üzvü Hac; Sədi Axundzadənin sözlərinə görə, rayon sakinlərinin fəallığı nəzərə alınaraq, qanvermə aksiyası Aşura günü də davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR
15:15
270
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
293
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2093
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1917
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1926
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1373