Aşura günü Türkiyədə ikinci "Kərbəla faciəsi" - PKK-NIN XAİN PLANI
PKK terror təşkilatının çətin vəziyyətdən çıxmaq üçün ələvilərdən istifadə etmək planları ortaya çıxıb.
APA TV-nin türk mətbuatına istinadən verdiyi məlumata görə, bu işi terror təşkilatının Kobanidə təlim keçən Marksist Leninçi Kommunist Partiyasının (MLKP) həyata keçirməliymiş.
Polisin ələ keçirdiyi bir terrorçunun etirafı ilə əldə olunan məlumata görə, İstanbul Tuzla və Kocaeli Çayırovada yerləşən 2 ibadət evinə Məhərrəm ayında keçirilən ayinlər vaxtı bombalı hücum həyata keçirilməsi nəzərdə tutulub. Planın deşifrə olunmasından sonra hücumların Aşura günlərində fərqli yerlərə olacağı güman olunur. Suruç və Ankaradakı partlayışlardan sonra adı hallanan MLKP terror təşkilatının Aşura günlərini seçməsində məqsədi ələviləri təxribat çəkərək küçələrə tökməkdir. Polis vətəndaşlara bununla bağlı xəbərdarlıq edib.
MLKP-nin təhlükəsizlik qüvvələrinə qarşı istifadə etmək üçün Çayırova və Pendikdə anbarlar təşkil edərək silah topladığı və bu anbarların polis tərəfindən təqibə alındığı bildirilir.
MLKP terrorçuları Kobaniyə gedərək PKK-nın Suriya qolu YPG tərəfindən təlimatlandırılıblar.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək