Bakı Ali Neft Məktəbinin tələbələrinə vəsiqə verildi
Bu gün Bakı Ali Neft Məktəbində yeni dərs ilinin başlaması ilə əlaqədar tədbir keçirildi. APA TV xəbər verir ki, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, təhsil nazirinin müavini Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın Azərbaycandakı səfiri İrfan Siddiq və digər şəxslər iştirak etdilər.
Tədbirdə iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev bu ali məktəbə yeni daxil olan tələbələri təbrik etdi.
Təhsil nazirinin müavini Ceyhun bayramov bildirdi ki, son illər ərzində Azərbaycanda 2000-dən çox təhsil müəssisəsi yenidən tikilib və yaxud əsaslı təmir edilib. Tədbirin sonunda BANM rektoru Elmar Qasımov qonaqlarla birlikdə ali məktəbin ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt universitetinin tələbə vəsiqələrini təqdim etdi.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"