Bakıda 56 yaşlı qadını maşın vurdu
Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, Vüqar İbişov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə yolu keçmək istəyən piyada 56 yaşlı Kərimova Məhəbbət Qafar qızını vurub.
Yaralı hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya çatdırılıb.
Həkim Ramella Məmmədovanın sözlərinə görə, yaralı xəstəxanaya çox ağır vəziyyətdə daxil olub: “O, birbaşa reanimasiya şöbəsinə verilib. Ona lazımi bütün tibbi müdaxilələr edilib. Hazırda xəstənin vəziyyəti ağırdır".
Hadisəni törədən "VAZ-2107" markalı avtomobilin sürücüsü Vüqar İbişov ifadəsinin alınması üçün Nizami Rayon Polis idarəsinə, avtomobili isə cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
379
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
386
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2174
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1923
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1934
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1378