Goranboyda dəhşətli qəza: maşın aşıb yandı, iki nəfər öldü
Bakı-Qazax magistral yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə magistral yolun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil yolun kənarına aşıb. Qəza zamanı avtomobil yanıb və içərisində olan iki nəfər ölüb. Ölənlər Goranboy rayonunun Dəliməmmədli şəhər sakinləri, “Mercedes” markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü Bilal İbrahimov və sərnişin 1984-cü il təvəllüdlü Rövşən Həsənovdur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:15
394
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
397
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2184
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380