Goranboyda ev partladı: bir ailənin 4 üzvü xəstəxanalıq oldu
Goranboy rayonunda yaşayış evində baş verən partlayış nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd qəsəbəsində Qazanbulaq kənd sakininin kirayə yaşadığı evdə qeydə alınıb.
Ağcakənddə müəllim işləyən 1986-cı il təvəllüdlü İnqilab Qasımov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Şəbnəm Qasımova, onların övladları, 8 yaşlı Yaqut və 7 yaşlı İsa yanıq xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Məlumata görə, İnqilab Qasımovun və onun yoldaşının bütün bədən səthi yandığından, vəziyyətləri ağırdır. Uşaqlarda isə əllərin, üzün və ayaqların 2-3-cü dərəcəli yanığı xəsarətləri var.
Partlayışın qaz sızmasından baş verdiyi deyilir.
OXŞAR XƏBƏRLƏR
15:15
394
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
397
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2184
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380