Azərbaycan və Kosta-Rikanın xarici işlər nazirləri görüşdü
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində Bakıda səfərdə olan Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanzla nazir Elmar Məmmədyarov arasında görüş keçirilib.
APA TV-nin məlumatına görə, görüş geniş tərkibli formatda baş tutub.
Görüşdə Ermənistan-Azərbaycan barədə kosta-rikalı nazirə məlumat verilib. Həmçinin sərmayə qoyuluşu, turizm, təhsil sahəsində əməkdaşlıq müzakirə edilib. Onlar iki ölkə arasında əməkdaşlıqla bağlı potensialın yüksək olduğu sahələr barədə fikir mübadiləsi aparıblar.
Sonra xarici işlər nazirləri arasında məsləhətləşmələrə dair sənəd imzalanıb.
Xatırladaq ki, bu, Manuel Qonsales Sanzın Azərbaycana ilk səfəridir. Səfər ötən gün başlayıb və oktyabrın 21-nə kimi davam edəcək.
OXŞAR XƏBƏRLƏR
15:15
394
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
397
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2184
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380