Bakıda 17 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
Oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz şimal-şərq küləyi əsəcək.
Abşeron yarımadasında temperatur gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 21-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarda şişmək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq. Dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır.
Oktyabrın 21-23-də Abşeron yarımadasında əksər meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək