Diqqət! Oktyabrın 25-də saatlar bir saat geri çəkiləcək
Bu il oktyabrın 25-də saat 05:00-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək, yay vaxtı ləğv ediləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən hər il martın son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.
Qərarın həyata keçirilməsinə nəzarət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə olunub.
OXŞAR XƏBƏRLƏR
15:15
394
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
397
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2184
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380