PKK-nı müdafiə edən Vəkillər Kollegiyasının sədri həbs olundu
Türkiyədə PKK terror təşkilatını müdafiə edən vəkillər kollegiyasının sədri həbs edilib. Bir neçə gün öncə CNN Türk-də "Tərəfsiz bölgə" proqramına qatılan Diyarbəkir Vəkillər Kollegiyasının sədri Tahir Elçi terrorçuları müdafiə edərək "PKK terror təşkilatı deyildir" deyib. Bu fikrinə görə Bakırköy 2-ci Sülh Cəza Hakimliyində onun haqqında həbs qərarı çıxarılıb. Kollegiyanın sədri iş otağında həbs olunub. Onun həbs olunmasında Terrorla Mübarizə Şöbə Müdirliyi heyəti, Çevik Qüvvələr iştirak edib.
Qeyd edək ki, PKK Türkiyə Cümhuriyyəti tərəfindən terror təşkilatı kimi qəbul edilir. Ölkəni parçalamağa çalışan bu təşkilat son 50 ildə Türkiyədə on minlərlə insanın ölümünə səbəb olub.
OXŞAR XƏBƏRLƏR
15:15
394
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
397
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2184
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380