Bakıda tuneldə ağır qəza: motosiklet divara çırpıldı
Ötən gecə Bakının Nərimanov rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin məlumatına görə, Atatürk prospekti ilə Vaqif küçəsinin kəsişməsində, "Gənclik" metro stansiyası yaxınlığındakı tuneldə qeydə alınıb.
Sənan Bayramov motosikletlə yüksək sürətlə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə motosiklet tunelin divarına çırpılıb.
Motosikleti idarə edən Sənan Bayramov ağır xəsarətlər alıb. Onun ayaq sümükləri də qopub.
Yaralı motosikletçi təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.
OXŞAR XƏBƏRLƏR
15:15
394
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
397
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2184
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380