Hacıqabulda avtobus aşdı, 3 nəfər xəsarət alıb
Hacıqabulda yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ağacanlı kəndində qeydə alınıb.
Quşçuluq fabrikinin fəhlələrini daşıyan “PAZ” markalı avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Avtobusun aşması nəticəsində xəsarət alan şəxslər 35 yaşlı Qafarova Rəşidə Ağamalı qızı, 49 yaşlı Abdullayeva Dürdanə Ağadadaş qızı və 49 yaşlı Abbasova Arzu Ağarza qızıdır. Yaralılar Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsində müalicə olunur.
Avtobusdakı digər sərnişinlər xəsarət almayıb.
OXŞAR XƏBƏRLƏR
15:15
394
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
397
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2184
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380