Azərbaycan Xəzər dənizində təlim keçirəcək
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci ilin noyabr ayında müvafiq texnika və avadanlıqlar cəlb edilməklə nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcək.
FHN-dən APA TV-yə verilən məlumata görə, komanda-qərargah təlimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində baş tutacaq.
Hazırda göstərilən ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.
OXŞAR XƏBƏRLƏR
15:15
402
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
403
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2188
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1380