Türkiyənin məşhur müğənnisi intihar etdi
Türkiyənin tanınmış müğənnilərindən Namiq Uğurlu yaşadığı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. APA TV-nin məlumatına görə, “Ankaralı Namiq” adı ilə tanınan sənətçi hadisədən 20 dəqiqə əvvəl ailəsi ilə gəzintidən qayıdıb. Özünü yaxşı hiss etmədiyini deyən müğənni balkona çıxıb və naməlum səbəbdən yıxılıb. Səsə çıxan bina sakinləri yerdə Namiq Uğurlunun bədənini görüblər. Təcili yardım briqadaları gələnə kimi ona ilkin tibbi yardım göstərməyə cəhd olunub, ilk müdaxilədən sonra müğənni xəstəxanaya aparılıb. Lakin onun həyatını qurtarmaq mümkün olmayıb.
Polis faktla bağlı araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
15:15
403
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
404
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2189
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1925
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1937
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1381