Rusiya İŞİD-in növbəti hədəflərini açıqladı: Postsovet məkanı, Avropa və Çin
İŞİD terror təşkilatı öz fəaliyyətini Avropa, Rusiya, Mərkəzi və Cənub-Şərqi Asiya regionunadək genişləndirmək planına sahibdir. APA TV-nin məlumatına görə, bu bəyanatla Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib.
Onun sözlərinə görə, hazırda İŞİD stabil gəlir mənbələrinə və yaxşı təchiz olunmuş orduya sahibdir. Antonov İŞİD terrorçularının MDB ölkələrinə və Çinə çıxışının Əfqanıstan vasitəsilə gerçəkləşə biləcəyini deyib. Onun sözlərinə görə, Əfqanıstanın şimal əyalətlərində stabilliyin pozulması İŞİD üçün əlverişli imkan yaradır.
Son zamanlar İŞİD-ə bağlı qrupların Əfqanıstanda çoxsaylı terror aktları törətdiyinə diqqət çəkən general qeyd edib ki, Əfqanıstanda sonra terrorçuların hədəfi Mərkəzi Asiya respublikaları və Çinin Tsinzyan – Uyğur vilayəti ola bilər.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək