Boşanmış qardaşı qızının qisasını almaq üçün qətl törətdi
Cəlilabadda qətl hadisəsi baş verib. APA Tv-nin cənub bürosu xəbər verir ki, hadisə rayonun Cəlayir kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Elnur Mirzəyev şəxsi münaqişə zəminində həmkəndlisi, 18 yaşlı Niyaməddin Bayramovun boğazına bel kəmərini dolamaqla onu boğaraq öldürüb. Qətli törətdikdən sonra Elnur daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edərək törətdiyi cinayət barəsində məlumat verib. Hadisə yerinə gəlimiş Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Niyaməddin Bayramovun meyitni göstərilən ərazidə aşkar ediblər.
Həmkəndlilər arasında münaqişənin 18 yaşlı Niyaməddin tərəfindən bir müddət əvvəl Elnur Mirzəyevin qardaşı qızının qaçırılması və qısa müddətdən sonra onların ayrılması səbəbindən baş verdiyi bildirilir. Elnur Mirzəyevin qətli törətməkdə məqsədi boşanmış qardaşı qızının qisasını almaq olub.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət M əcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"