Bakıda yağışlı hava davam edəcək
Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 8-12, gündüz 13-16 dərəcə, dağlıq rayonlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:15
467
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
464
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2244
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1928
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1941
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1383