Rusiya XİN: Suriya müxalifətinin liderlərini Moskvaya dəvət edirik
Rusiya Azad Suriya Ordusunun (ASO) nümayəndələrini Moskvaya dəvət etməyə hazırdır.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov bildirib.
“Əlbəttə, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, - deyə XİN rəhbərinin müavini Moskvanın ASO nümayəndələrini məsləhətləşmələrin aparılması üçün qəbul etməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.
Boqdanov Parisdə səfərdə olduğunu zaman nə vaxtlarsa ASO üzvü olan suriyalıların Rusiya səfirliyinə gəldiklərini qeyd edib: “Biz bütün səviyyələrdə terrorla mübarizəyə hazır olanların hamısını geniş antiterror cəbhəsinə qoşulmağa çağırmışıq”.
OXŞAR XƏBƏRLƏR
15:15
471
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
469
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2248
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1929
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1942
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1383