Ağdamda ikimərtəbəli ev külə döndü
Ağdamda ikimərtəbəli ev əşyaları ilə birlikdə tamamilə yanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.
Mirzəyev Natiq Osman oğluna məxsus yaşayış evində yanğın başlayanda, ev sahibləri evdə olmayıb. Alovu görən qonşular Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinə məlumat veriblər. Yanğının söndürülməsi üçün iki yanğınsöndürən maşın cəlb olunub.
FHN də yanğınla bağlı məlumat yayıb. Məlumata görə, Ağdam rayon mərkəzinin 6 kilometrliyində yerləşən İmamqulubəyli kəndində ümumi sahəsi 176 kv. m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 48 kv. m və qapısı 5 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yağının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək