Rusiya təyyarələri İŞİD-i yenə bombaladı - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Rusiya aviasiyası "İraq Şam İslam Dövləti"nin mövqelərinə yeni zərbələr endirib.
APA TV-nin xəbərinə görə, bombardman görüntüləri Rusiyanın Müdafiə Nazirliyinin saytında yerləşdirilib.
Videoda təyyarənin obyektə zərbə endirdiyi görünür. Partlayış baş verir, ardınca havaya tüstü qalxır.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, Hələbin 13 kilometrliyində terrorçuların partlayıcı qurğuları hazırladığı və avtomobillərdə quraşdırdığı emalatxanalar məhv edilib. Bundan başqa, İŞİD üzvlərinin partlayış təlimi keçdiyi baza da dağıdılıb. Su-34 bombardmançıları bazaya hava zərbələri endirib.
İdlib əyalətində də terrorçuların dağlıq ərazidəki hazırlıq mərkəzi məhv edilib.
Ötən bir sutka ərzində 40 döyüş uçuşu həyata keçirilib.
Qeyd edək ki, Suriyada İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat hazırlanır. Hələb yaxınlığında terrorçuların mövqelərinə quru hücumunu Suriya ordusu İran piyadaları və "Hizbullah" döyüşçülərinin iştirakı ilə həyata keçirəcək. Rusiya aviasiyası isə əməliyyata havadan dəstək verəcək.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək