PKK Vanda 2 türk polisini şəhid etdi
Türkiyənin Van şəhərində PKK terror qruplaşması polisə hücum edib.
APA TV-nin türk mətbuatına istinadən verdiyi məlumata görə, hücum şəhərin mərkəzindəki Milli Egemenlik caddəsində həyata keçirilib.
Terrorçular bir polisi şəhid edib, bir asayiş keşikçisi isə ağır yaralanıb. Xəstəxanaya çatdırılan yaralı polisin də həyatını xilas etmək mümkün olmayıb. Açılan cavab atəşi ilə bir terrorçu məhv edilib, biri isə yaxalanıb. Bölgədə digər terrorçuların yaxalanması üçün əməliyyatlar genişləndirilib.
OXŞAR XƏBƏRLƏR
15:15
499
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
494
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2279
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1937
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1950
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1388