Türkiyədən ABŞ və Rusiyaya xəbərdarlıq: PKK-nı silahlandırmayın!
ABŞ və Rusiyanın Türkiyədəki səfirləri təcili ölkənin XİN-nə çağırılıblar. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi Ankara Vaşinqton və Moskvanın Suriyada həyata keçirdiyi əməliyyatlar çərçivəsində hər iki ölkənin kürd terrorçularını silahlandırmasından narahat olduğunu bildirib.
ABŞ və Rusiya diplomatlarına xəbərdarlıq edilib və Türkiyənin bundan çox narahat olduğu bildirilib.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov kürd terrorçularını İraq üzərindən silahlandırdıqlarını etiraf edib. O bildirib ki, bu yardım İraq hakimiyyəti ilə razılaşdırılıb və Moskva heç bir qanunsuz addım atmır.
OXŞAR XƏBƏRLƏR
15:15
511
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
505
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2289
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1952
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1391