İŞİD daha iki İran generalını öldürdü
Suriyadakı döyüşlərdə İran İnqilab Keşikçiləri Korpusunun iki zabiti öldürülüb. APA TV-nin məlumatına görə, bu barədə məlumatı İranın "Tasnim" İnformasiya Agentliyi yayıb.
Hadisə İranın dəstəklədiyi Suriya ordusunun planlaşdırdığı hücumu öncəsi baş verib. Öldürülən hər iki zabitin adları məlumdur. Onlar Fərşad Hasonizadeh və Həmid Mohtarbənddir. Hər iki zabit İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandiridir.
Son günlər İran Suriyadakı üsyançılara qarşı hərbi əməliyyatları dəstəkləmək məqsədilə hərbçilər göndərib. Qeyd edək ki, son iki həftə ərzində Rusiya Suriyaya havadan ardıcıl zərbələr endirir və bunu İŞİD, eləcə də digər terror qruplaşmalarına qarşı mübarizədə Bəşər Əsəd hökumətinə dəstək verilməsi ilə əlaqələndirir.
OXŞAR XƏBƏRLƏR
15:15
511
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
505
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2289
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1952
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1391