Qubada alma oğurluğu: sahibkara 2 min manat ziyan dəydi
Quba rayonunda oğurluq faktı qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayonun, Zərdabi kənd sakini Elvir Bayramova məxsus alma bağından 250 yeşikdən çox alma oğurlanıb. Kənd sakininin sözlərinə görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Sahibkar deyir ki, ona 2 min manatadək ziyan dəyib.
"Hadisə bir dəfə bundan əvvəl də olub. Fikir vermədim. Traktorla bağa girənlər qrup şəklində olublar. Mənə haradasa 1500-2000 manat ziyan dəyib. Bu təkcə mənim problemim deyil. Oğurluq baş alıb gedir".
Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət olunub, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:15
511
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
505
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2289
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1952
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1391