Qaradağda "Mercedes"lə "İnfiniti" toqquşdu: yaralananlar var
Ötən gecə Qaradağda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə "Meyveli" bazarının yaxınlığında qeydə alınıb.
"Mercedes" markalı avtomobil bazarının yaxınlığında geriyə dönmə əməliyyatı edən zaman qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə öz yolu ilə hərəkətdə olan "İnfiniti" markalı avtomobil "Mercedes"ə çırpılıb.
Qəza zamanı "Mercedes"də olan iki nəfər - Camal Rəhimov və Pərviz Babalı xəsarət alıb. "Mercedes"də olan meyvə-tərəvəz məhsulları isə yola dağılıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Qəzanın səbəblərini müəyyən etmək üçün avtotexniki ekspertiza təyin edilib.
OXŞAR XƏBƏRLƏR
15:15
511
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
505
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2289
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1952
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1391