İŞİD-in ikinci liderinin İraqda öldürüldüyü təsdiqləndi
İŞİD terror qruplaşması təşkilatın iki nömrəli liderinin İraqda öldürüldüyünü təsdiqləyib. APA TV-nin məlumatına görə, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu ilin avqustunda ABŞ Mosul yaxınlığında hava zərbəsi nəticəsində İŞİD qruplaşmasının iki nömrəli lideri hesab olunan Əbu Mutaz əl-Kuraşinin məhv edildiyini bəyan etmişdi.
“Amerika Əbu Mutaz əl-Kuraşinin ölümünə sevinir və bunu böyük qələbə kimi qələmə verir”, - deyə İŞİD-in ekstremist saytlarının birində dərc edilmiş bəyanatında bildirilir.
Ağ Ev o zaman verdiyi açıqlamasında terrorçunu Hacı Muutaz adı ilə tanınan Fadel Əhməd əl-Xəyali kimi təqdim etmişdi. Fadel Əhməd əl-Xəyali bir çox ad və ləqəblərlə tanınıb.
OXŞAR XƏBƏRLƏR
15:15
511
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
13:18
505
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
20:01
2289
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
19:40
1939
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
19:38
1952
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
19:34
1391