Vaşinqton Suriya müxalifətinə 50 ton silah-sursat göndərdi
Amerika hərbçiləri Suriya üsyançılarına 50 ton silah-sursat çatdırıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, 112 konteyner silah-sursat Suriya ərazisinə Boing C-17 təyyarələri ilə gətirilib.
Təyyarələr ölkənin Əl-Haseke vilayətindəki aerodroma enib. ABŞ komandanlığı bildirib ki, hərbi yardım silahlı müxalifət üçün nəzərdə tutulub.
Rusiyanın Suriyada əməliyyatlara başlamasından sonra Vaşinqton öz strategiyasını dəyişib. Amerika hazırda rus qırıcılarının zəiflətdiyi müxalif qüvvələrinin yenidən güclənməsinə çalışır. Ağ Evdə hesab edirlər ki, bu dəstək və kürd qruplaşmaları ilə müttəfiqlik sayəsində İŞİD-in özünə paytaxt elan etdiyi Rəkka şəhərinə doğru hücuma başlamaq və terrorçuları daha tez məhv etmək olar.
Rəsmi Moskva onların da əsas məqsədinin İŞİD-in məhv edilməsi olduğunu bildirsə də Vaşinqton Rusiyanın əsas hədəfinin Suriya müxalifətini sıradan çıxarmaq və Bəşər Əsədi hakimiyyətdə saxlamaq olduğunu deyir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin qiyməti 97 dolları ötüb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük göndərilib
“Xəstəxanadayam, təcili pul lazımdır” - Yeni oyun
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək